İlkin olaraq qeydiyyadan keçin və ya
sistemə daxil olun
Sadəcə qeydiyyatdan keç, istədiyin proqramlaşdırma dilini rahat, aydın və tez şəkildə öyrən.
Canlı dərslər, şəxsi mentor, onlayn mühazirələr və vebinarların köməyi ilə İT sahəsində
peşəkar mütəxəssisə çevril.
- Veb səhifəsinin kodlaşdırıılması (HTML, CSS, Javascript)
- Veb səhifəsinin verilənlər bazasının hazırlanması (SQL)
- Veb səhifəsinin funksionallığının kodlaşdırılması (Python)
- Tələbələrin yazdığı kodlara daimi nəzarət olunur
- Layihə və tapşırıqlarda hər hansı çətinlik yarandığında dəstək komandası tələbə ilə
individual olaraq məşqul olur
- Proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq kod saatları
təşkil edilir.
İndi bütün dünya İT - yə doğru irəliləyir: rəqəmlər hər sahəyə nüfuz edir və kompüter texnologiyalarını dərindən öyrənmək - sürətlə əsas yaşam amilinə çevrilməkdədir. Uşaq proqramlaşdırma dillərini nə qədər tez öyrənməyə başlayarsa, o qədər tez "kod dilində" danışacaqdır. Təlim proqramı uşaqlar və yeniyetmələr üçün tam uyğundur. Dərslər, İT sahəsini sıfırdan və dərindən öyrənmək istəyən tələbələr üçün də faydalı və maraqlı olacaq.
Tələbələrə əsas məlumatlar verilir, kompüterlərin və informasiya texnologiyalarının əsas prinsipləri, konseptləri və funksiyaları barədə məlumatlar öyrədilir. Bu mərhələdə, proqramlaşdırma dünyasının geniş bir əsasını qurmağa nail olmaq üçün lazım olan biliklərlə təmin olunur.
Tələbələr, proqramlaşdırmanın əsas prinsiplərini öyrənir və ən populyar proqramlaşdırma dillərindən birini (məsələn, Python, Java, C++) başlanğıc səviyyəsində öyrənirlər. Məqsəd, tələbələrin müstəqil olaraq sadə proqramlar yazmağı bacarmalarını təmin etməkdir.
Tələbələr, layihələr üzərində işləməyi, qrup içində əməkdaşlığı, kod yazmağın standartlarını və proqramın müxtəlif hissələri ilə işləməyi öyrənirlər. Layihələr təlim etdikləri dillərlə əlaqələndirilmiş tapşırıqlar üzərində qurulur
Karyera Mərkəzində CV-ni düzgün yazmağı və bacarıqlarınızı işəgötürənlərə təqdim etməyi öyrənəcəksiniz. Bir neçə vakansiya seçib müsahibələr təşkil edəcəyik. Bu mərhələ öyrəndiklərini praktika ilə birləşdirməyə və real həyat təcrübəsi qazanmağa imkan verir.