2024/09/19

İnformatika və informasiya

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. Kompyuter haqqında ilkin anlayışlar tələb etmir.

İnformatika informasiyanın xassələrini öyrənən elmdir.

Bəs informasiyya özü haqqında biz nə deyə bilərik?
İlk baxışdan asan görünən bu suala cavab olduqca çətin ola bilir.
Doğrudur biz informasiya sözünü gündəlik olaraq tez-tez istifadə edirik.
İnformasiya anlamı və onun xassələri haqqında düşünək və onu sözlərlə ifadə etmək çalışaq.



İnformasiya nədir?

İnformasiya bəzi xüsusiyyətlərə malikdir: etibarlılıq, obyektivlik, tamlıq, aktuallıq, aydınlıq, əlçatanlıq. Məlumat doğru və düzgün olduqda etibarlıdır.

İnformasiya ətraf mühitin obyektləri və hadisələri, onların parametrləri, xassələri və vəziyyəti haqqında məlumatdır.

İnformasiya hər hansı bir sistemin ətraf mühitdən qəbul etdiyi (giriş məlumatı), onu ətraf mühitə verdiyi (gediş məlumatı) və ya müəyyən bir sistem daxilində saxlanılan (daxili məlumat) hər hansı bir siqnal, məlumat toplusudur.



İnformatika nədir?

İnformatika kompüter texnologiyalarından istifadə edərək informasiyyanın toplanması, saxlanması, emalı, ötürülməsi, təhlili və qiymətləndirilməsi üsulları və prosesləri haqqında elmdir.


İnsanlar üçün informasiya xarici aləmdən alınan məlumat kimi başa düşülür.
Kompüter üçün informasiya simvolların müəyyən ardıcıllığıdır.
Belə simvollar ardıcıllığında hər yeni simvol məlumat həcmini artırır.


Beləliklə informatikada informasiya anlamının nəyə görə bu qədər önəmli olduğunu başa düşə bilirik.