2024/09/19

Say sistemləri

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. Kompyuter haqqında ilkin anlayışlar tələb etmir.

Ədədlər və rəqəmlər bir-birindən fərqləndirək.
Rəqəmlər, 0 ilə 9 arasında olan ədədlərdir. Onlar sayı sistemlərində (məsələn, onluq say sistemi) istifadə edilir və məhz onlarla ədədlər ifadə edilir. Rəqəmlər həmçinin simvolları və yazı dilində və ya digər ifadə vasitələri ilə istifadə edilir.
Ədədlər, hesablama və saymaq üçün istifadə olunan saylardır. Onlar rəqəmlərdən və ya başqa simvollar və ya rəqəmsal ifadələrdən ibarətdir. Ədədlər məsələn, 7, 42, 3.14, -12 kimi dəyərlər ola bilər və hər hansı bir aritmetik əməliyyatı ilə işlənə bilər.
Bəzi dillərdə, məsələn, proqramlaşdırma dillərində, rəqəmlər və ədədlər fərqli data tipindədir və müxtəlif funksiyalar və əməliyyatlar onlara fərqli təsir edir. Bu səbəbdən, ədədlər və rəqəmlər arasında fərqi anlamaq önəmlidir.



Onluq say sistemi ( Decimal Number System )
İkili say sistemi haqqında öyrənməyə başlamazdan öncə gündəlik həyatımızda istifadə etdiyimiz rəqəmlərə nəzər salaq.
İstənilən ədədi yazmaq üçün bizə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmləri kifayət edir.
Misal: 148 ədədini yazmaq üçün 1, 4, 8 rəqəmlərindən istifadə olunub.
Rəqəmləri yazarkən biz həmişə bu üsuldan istifadə edirik.
Onluq say sistemi bizim gündəlik işlətdiyimiz say sisteminə deyilir.
Onluq say sistemi - 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərindən ibarətdir.



İkili say sistemi ( Binary Number System )
İnformasiya daşıyıcısı olan istənilən elektron qurğularında (kompyuter,mobil telefon,flaş kart və s.) məlumatı yadda saxlamaq üçün rəqəmlərdən istifadə olunur. Daha doğrusu 0 və 1 rəqəmlərindən.
Bunun niyə belə olduğu haqqında biz gələcək dərslərimizdə daha ətraflı öyrənəcəyik. Hələlik isə qurğularda məlumatı yadda saxlamaq üçün bu üsulun ən optimal varyant olduğunu yadda saxlayaq.
İkili say sistemi – 0 və 1 rəqəmlərindən ibarətdir.



Əlavə olaraq digər say sistemlərinidə qeyd edək
Səkkizlik say sistemi və ya oktal sistem əsası 0-dan 7-dək rəqəmlərdən olan say sistemidir
Onaltılıq say sistemi və ya hexadecimal — 0-dan 9-dək rəqəmlərdən və A-dan (onluq 10 ədədinin ekvivalenti) F-dək (15 ədədinin ekvivalenti) baş hərflərdən təşkil olunmuş