2024/09/19

İkili say sistemi

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. Kompyuter haqqında ilkin anlayışlar tələb etmir.

Demək olarki bütün elektron qurğular ikili say sistemi vasitəsiylə işləyir.
Misal üşün biz telefonla danışdığımız zaman telefon bizim sözlərimizi siqnallara cevirir.
Yani məlumatlar ikili say sistemi vasitəsiyıə kodlaşdırılır.
İkili say sistemi kodlaşdırma üçün iki rəqəmdən istifadə edir – 0 və 1.
Bu rəqəmlər elektron qurğular üçün bir növ siqnallardır.

0 – siqnal yoxdu.
1 – siqnal var.

Kompyuterdə məlumatları yadda saxlamaq üçün xanalardan istifadə olunur.
Verilənlər bu xanalarda 0 və 1 vasitəsiylə təsvir olunur.




Mərtəbə vahidi blokları

İkili say sistemi vasitəsiylə məlumatı kodlaşdırmaqa başlamazdan əvvəl riyaziyyatın bəzi sadə xassələrini yada salaq.

Misal: 438 ədədini yüzlükər, onluqlar, təkliklər mərtəbələrinə ayıraq.

Cavab: 400 + 30 + 8 = 438

Verilən nümunədə ədədin üç mərtəbə vahidi bloku var.



Əvvəlki dərslərdə qeyd etdiyimiz kimi istənilər rəqəmi yazmaq üçün 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ədədlərindən istifadə olunur.

Nümunə üçün 13-ə kimi saymaqa başlayaq

1 – 2 – 3 – 4 – 5 – 6 – 7 – 8 – 9 – 10 ...

10 ədədinə çatdıqda bizdə problem yaranır.
Çünki 10 rəqəmini göstərmək üçün onluq say sistemində ayrıca ədəd yoxdur.

Onluq say sistemi 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərindən ibarətdir.
Bu problemi həll etmək üçün biz mərtəbələr blokundan istifadə edirik.
0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 – a kimi say zamanı biz təkliklər mərtəbəsində idik.
10, 11, 12, 13 – də artıq onluqlar mərtəbəsinə keçid etdik.
Deməli bir mərtəbə dolandan sonar biz növbəti mərtəbəyə keçid etdik.
Onluq say sistemində yeni mərtəbə 9-dan sonar gəlir.
Ikili say sistemində yeni mərtəbə 1-dən sonra.

Bir mərtəbə dolandan sonra, yani 1 olduqda növbəti mərtəbənin qiyməti artır.

Nümunə:

1 ədədi ikili say sistemində 1 kimi göstəriləcək.
2 ədədini ikili say sistemində göstərmək üçün yeni mərtəbə yaradmaq gərəkdir – 10
3 ədədini ikili say sistemində göstərmək üçün – 11
4 – ü göstərmək üçün yeni mərtəbə yaradılır və qalan mərtəbələr sıfır olur – 100
13 rəqəmini ikili say sistemi vasitəsiylə göstərməyə çalışın.