2024/09/19

Ölçü vahidləri – Bit, Bayt

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. Kompyuter haqqında ilkin anlayışlar tələb etmir.

Əvvəlki mövzularda kompyuterin rəqəmləri necə gördüyü haqqında danışdıq.
Bəs malumatları yadda saxlamaq üçün rəqəmlər kompyuterə neçə kömkək edir?
Müsair komyuterin daxilində milyonlarla tranzistor yerləşir.



Tranzistorlar haqqında qısa demək olarki onlar iki hal, acıq və ya qapalı olmaq xüsusiyyətinə məlikdirlər.
Hər bir belə element özündə bir bit məlumat yadda saxlaya bilir.
0 – açıq açar.
1 – qapalı açar.

Bu tip açarların 8 – i birləşərək qruplar olaraq bölünüb.
8 – açarın birləşməsi bir baytdır.
1 bayt 8 bitdən ibarətdir.



bit informasiyanın ən kiçik ölçü vahididir. Ona görə də yaddaşın tutumunu göstərmək üçün daha böyük vahidlərdən istifadə olunur. Səkkiz bitdən ibarət ardıcıllığa bayt deyilir.

Bir bayt kopyuterdə bölünməz informasiya vahidi kimi qəbul edilir.
Yani hətda bir simvolu yadda saxlamaq üçün, kompyuter bir baytın təşkil etdiyi səkkiz açarının hamısından istifadə edəcək.


Bir baytın daxilində 0 – dan 255 – ə kimi istənilən ədəd vahidi yadda saxlamaqa olar.



Hər bir baytı təşkil edən bu kodlardan rəqəmlər, hərflər və simvolları yadda saxlamaq üçün istifadə edilir.