2024/09/19

Şəkillərin kodlaşdırılması

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. Kompyuter haqqında ilkin anlayışlar tələb etmir.

Kompyuterin və ya telefon ekranında gördüyümüz hər bir şəkil nöqtələrdən ibarətdir. Bu nöqtələr piksellər adlanır.



Şəkildə dəfələrlə yaxınlaşdırılmış müxtəlif tip ekranların pikselləri göstərilmişdir.
Diqqətlə baxsaq hər bir pikselin üç işıq diodundan ibarət olduğunu görmək olar.
1 piksel = 3 işıq rənginə bərabərdir.
Bu işıqların hər biri müxtəlif güçdə yana və ya sönə bilir.
Misal üçün ancaq qırmızı işıq yanırsa ekranda qırmızı piksel görmüş oluruq.
Ümumiyyətlə insan gözünün xüsusiyyətləri belədir ki bu 3 rəngin qarışığından müxtəlif rənglər əldə etmək mümkündür.
Bu piksellər çoxludu birlikdə hər hansı bir şəkili , obrazı yaratmaq üçün istifadə edilir.



Hər pir işıq rəngi yanma güçünə görə 255 hal qəbul edə bilir.
0 – işıq tamam sönülü haldadır
128 – işıq yarımcıq yanılı haldadır
255 – tam güçü ilə yanır



Bir baytın daxilində 0 – dan 255 – ə kimi istənilən ədəd vahidi yadda saxlamaqa olar.
Göründüyü kimi bir işıqın ala bildiyi hallar bir bayta yerləşir.
Piksel üç işıqdan ibarət olduğuna görə bir piksel 3 bayta bərabərdir.