2024/09/19

JavaScript – nədir?

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. HTML haqqında ilkin anlayışlar tələb edə bilər.

JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan proqramlaşdırma dilidir.

JavaScript adından göründüyü kimi – skript dili adlanır.
Skriptlər səhifə yükləndikdə yerinə yetirilən təlimatlar toplusudur.

Skriptlər səhifə kodunun içərisinə yazıla və ya ayrıca fayl kimi HTML-yə qoşula bilər.

JavaScript bizə dinamik olaraq yenilənmiş məzmun yaratmağa, medianı idarə etməyə, şəkilləri canlandırmağa imkan verir.

Məsələn, internetdə gəzərkən gördüyünüz şəkil karuseli, klikləmək üçün açılan menyu və veb səhifədəki elementlərin dinamik olaraq dəyişən rəngləri JavaScript ilə edirik.



word

Bu nümunədə proqramın elementlərini yaradmaq üçün HTML.
Elementlərin görünüşünü, stilini yaradmaq üçün CSS.
Riyazi əməlyatları yerinə yetirmək üçün JavaScript-dən istifadə olunub.

JavaScript məntiqi əməlyatları yerinə yetirməyə imkan verən proqramlaşdırma dilidir.