2024/09/19

JavaScript – dəyişənlər

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. HTML haqqında ilkin anlayışlar tələb edə bilər.

JavaScript proqramı adətən çoxlu sayda məlumatlarla işləməlidir.

Misal üçün:
Onlayn Mağaza - Məlumata satış üçün əşyalar və alış-veriş səbəti daxil ola bilər.
Çat - Məlumata istifadəçilər, mesajlar və s. daxil ola bilər.
Bu məlumatları saxlamaq üçün dəyişənlərdən istifadə olunur.

Anlamaq lazımdır ki dəyişənlər özləri məlumat deyillər, onlar məlumatların saxlanılması üçün yerdir.

Dəyişənlərin başqa bir xüsusiyyəti odur ki, onların tərkibində təkcə sətirlər və rəqəmlər deyil, həmçinin mürəkkəb məlumatlar və hətta funksiyaları ehtiva edə bilər. Kursda irəlilədikcə bu barədə daha çox məlumat əldə edəcəksiniz.

Dəyişənlər məlumat dəyərlərini yadda saxlamaq üçün konteynerlərdir.

JavaScript dəyişənini elan etməyin üç yolu var.

• var
• let
• const

letvar açar sözləri arasındakı fərq nədir?
var ilə elan edilmiş dəyişən funksiyanın hər yerində görünür. let ilə elan edilən dəyişən yalnız elan olunduğu {...} blok daxilində görünür.


İlkin olaraq var ilə dəyişən yaradaq, daha sonra digərləri ilə işləməyi öyrənəcəyik.


word
Kod redaktorunda bax.

Yuxarıda qeyd olunan nümunədə nəticələr belə olacaq:

• x adında dəyişən yaradılır və onun dəyəri 5 ədədi kimi təyin edilir.
• y adında dəyişən yaradılır və onun dəyəri 6 ədədi kimi təyin edilir.
• z dəyişəni isə x və y dəyişənlərinin çəminə bərabər olacaq.