2024/09/19

JavaScript – dəyişənlərin təyin olunması

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. JavaScript haqqında ilkin anlayışlar tələb edir.

Dəyişənlərin adları ancaq hərflər, rəqəmlər və simvollardan ibarət ola bilər, lakin rəqəmlərlə başlaya bilməz.

Nümunələrə baxaq:


word

Qeyd olunan nümunədə elan olunan dörd dəyişən doğrudur daha sonra yaradılan iki dəyişən doğru deyil. Proqram işə düşdükdə konsol bizə dərhal xəta haqqında məlumantandıracaq.


word

Göründüyü kimi ilk xəta 16-cı sətirdən başlandığına görə növbəti sətirlərin yerinə yetirilməsi dayandırılmışdır.

Dəyişənlərə ad təyin edilərkən önəmli məqamlardan biridə dəyişən adının anlamlı olmağıdır.

Yani digər proqramistlərdə proqram koduna baxdıqda dəyişən adının bu dəyişənin nə üçün istifadə edildiyi anlamaqda yardımcı olsun.

İstifadəçi haqqında məlumatları yadda saxlamaq üçün dəyişənlər yaradaq:


word

Əslində qeyd olunan nümunədə bütün dəyişənlər kod baxımından doğru elan edilib və proqram işlədikdə heç bir xəta görməyəcəyik.

Proqram işləkdir. Lakin son üç elan edilən dəyişənlər anlamlı deyil.

Ümumiyyətlə kod yazarkən bəzi yazılmayan qaydalar var ki bütün proqramistlər bu qaydalara əməl etmək çalışırlar. Bu qaydalar bizə proqram kodunun oxunuşunu rahat etmək üçündür. Nəzərə almaq lazımmdır ki yazdığımız proqram kodu təkcə biz yox digər prqramistlər tərəfindən istifadə ediləcək. Ona görə də kod yazarkən bu məqamı həmişə diqqətdə saxlamalıyıq.

Dəyişənlərə ad təyin edərkən digər bir məqamda bu dəyişənlərə rezerv olunmuş adların verilməsi olmaz.

Rezerv olunmuş adlar proqramlaşdırma dili tərəfindən artıq istifadə olunan sözlərdir.

Bu adlar bütün proqramlaşdırma dillərində var, lakin onları təyin etmək heç vaxt problem olmur.

Nümunə:


word

Konsol xəta haqqında bizi məlumatlandırır və xəta 4-cı sətirdən başlandığına görə növbəti sətirlərin yerinə yetirilməsi dayandırılmışdır.


word