2024/09/19

JavaScript – dəyişənə dəyər təyin olunması

Bu dərslik giriş səviyyəli dərs vəsaitidir. JavaScript haqqında ilkin anlayışlar tələb edir.

Dəyişən yaradılarkən onu dərhal hər hansı bir məlumata, bərabər etməyə də bilirik. Yani proqram kodunu yazarkən biz öncədən təxmin edirik ki bizə gələcəkdə hər hansı bir dəyişən lazım olacaq. Biz bu dəyişəni sadəcədə yaradırıq.



Qeyd olunan nümunədə biz dəyişənlərin adlarını elan etdik. Lakin onlara heç bir məlumat təyin etmədik.
Dəyişənləri elan etmək üçün onların qarşısında var açar sözündən istifadə edirik.

Gələcəkdə yaradılan hər bir dəyişənə müraciət etmək üçün var sözündən istifadə etmək gərək yoxdur.

Artıq elan olunan dəyişənlərə dəyər təyin etmək üçün sadəcə həmin dəyişən adını qeyd edib bərabər işarəsindən istifadə etmək lazımdır.

Nümunə:




Diqqət yetirin ki dəyişənlərə istənilən ardıcıllığla müracitə edə bilirik. Yetər ki müraciət olunan dəyişən öncədən elən edilsin.

Hər yaradılan dəyişən üçün istifadəçi tərəfində operativ yaddaşda (RAM) müəyyən yer ayrılır. Bu proses haqqında gələcək dərslərimizdən ətraflı öyrənəcəyik.

Dəyişənlərin başqa bir xusisiyyətidə təyin olunmuş dəyişəni proqram kodunda istənilən qədər həm müraciət həmdə dəyərini dəyişmək imkanıdır.




JavaScript-də yazılan kodların vizual olaraq yerinə yetirildiyini görmək üçün çox zaman proqramcılar tərəfindən consol-dan istifadə edilir.